Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində dekabrın 25-də Bakının Xudafərin Şadlıq Sarayında Borçalı Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib. Mərasim Azərbaycan, Gürcüstan və Türkiyənin Dövlət himnləri və hər üç ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Aparıcılar Rüfət Muradlı və Güllü Seyidlinin Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə söz Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən və başda Türkiyə Dövlət Başçısının baş müşaviri Yalçın Topçu olmaqla mərasimə qatılan qonaqları salamladıqdan sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib. Z.Məmmədli terroru lənətləyərək Borçalı Cəmiyyətinin hər zaman qardaş Türkiyənin yanında olduğunu da dilə gətirmişdir.
Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri - Xəzər Universitetinin qurucusu Hamlet İsaxanlı, Milli liderimiz M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə. xalq artisti, tanınmış xanəndəmiz Alim Qasımov, Gürcüstanın elmi simalarından Oleq Meladze, Gürsüstanın siyasi simalarından Əhməd İmamquliyev, ölməz şairimiz Şəhriyarın oğıu Hadi Behcət və nəhayət Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçuya təqdim olunub.
Təqdimat zamanı mükafata layiq görülənlər Hamlet İsaxanlı, Rəis Rəsulzadə, Oleq Meladze çıxış edərək Borçalı Cəmiyyətinə Gürcüstan - Azərbaycan münasibətlərinə və dövlətçilik ənənəsinə xidmətini yüksək dəyərləndirərək bu fəaliyyətlərin davamlı olmasını diləyiblər. Azərbaycanın böyük sənətçisi Alim Qasımovun ifası sürəkli alqışlarla müşayiət olunub.
Türkiyəli yüksək qonaq Yalçın Topçunun çıxışı isə daha çox marağa səbəb olub. Yalçın bəy mərasim iştirakçılarına Türkiyə Dövlətin Başçısı Rəcəb Teyyib Ərdoğanın salamlarını söyləyərək, bu mükafatı ona layiq görən Borçalı İctimai Cəmiyyətinə təşəkkür edib:
““Türklüyə xidmət mükafatı”nı şəxsimə layiq görən Borçalı Cəmiyyətinə ölkəm və şəxsim adımdan təşəkkür edirəm. Mənimlə birlikdə bu yüksək mükafat alanları da təbrik edirəm.
Yalçın Topçu mərasim zamanı çıxışında dünyaya da birlik mesajı verib:
“Dünyanı idarə edən dövlət rəhbərlərinə səslənirəm. Əlinizdə tutduğunuz maşalardan biri bir gün sizi də yandıracaq. Bunu əməkdaşlıq edərək məhv etməliyik. Dünya sülhü üçün bir olmalıyıq, bərabər olmalıyıq. Ancaq o zaman təhlükəsizlik, ədalət hökm sürəcəkdir”.
Türklərin hakim ölduğunu dönəmlərdə dünyada daim əmin amanlığın oldiğunu xatırladan Yalçın Topçu çıxışına belə davam etdi:" Ey Tanrı dağından enənlərin övladları,tarix təkrar səhnəsində sizi gözləyir. Dildə, fikirdə və əməldə birliyimizi həyata keçirmək üçün. Əmin olun ki, birliyikiz dünyaya təkrar barış, güvənlik və azadlıq gətirəcək. Bu dünyanın bizim mədəniyyətimizə ehtiyacı var. Suriyada Əsəd ərəb, kürd və türkmənləri bombalayır. Bu qana və göz yaşına dur deyə biləcək tək millət varsa , o da bizik.və bizninsanlıq adına buna məcburuq".
İlin Şərəf Medalı nominasiyalarına isə Güney Azərbaycandan tanınmış saz ustası Çinhiz Mehdipur, ədib Araz Əhmədoğlu, Gürcüstandan Anna Barxutaşvili, gənc fəal Emin Yadigarov, Gürcüstan Parlamentinə namizədlər Samirə İsmayılova, Qəzənfər Məmmədov, Benyamin Qasımov, Azərbaycandan Ülvi Kamal layiq görülüblər. İlin El Adamı mükafatları da sahiblərinə təqdim olunub. Tanınmış memar Ömər Qoçulu və iş adamı Siyavuş Əsgərov Borçalı Cəmiyyətinin bu mükafatına layiq görülüblər. Təqdimat mərasimindən sonra bayram tədbiri bədii hissə ilə davam edib.