hemle

MÜHÜM XƏBƏRDARLIQ: İYULUN 18-DƏK…

Tarix:12-07-2020, 20:57
Baxış Sayı:464

Ötən gün ərzində ölkə ərazisinə yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında suyun səviyyəsinin artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

ATESH,AZ saytı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da suyun səviyyəsinin artımı müşahidə olunub: “Əyriçay çayında sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına axdığı üçün Qanıx çayında da suyun səviyyəsinin artımı baş verib. Qeyd edim ki, uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında suyun artmasına səbəb olub. Bu da nisbətən də olsa Kür və Qanıx çaylarına öz təsirini göstərib”.

Qurum rəsmisi əlavə edib ki, iyulun 18-dək qeyri-sabit hava şəraiti davam edəcək: “Arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli yağışın intensiv olacağı gözlənilir. Nəticədə çaylarda yenidən suyun artacağı, bəzi dağ çaylarından daşqın və qısamüddətli sel keçəcəyi ehtimal olunur”.
ATESH,AZ

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ