hemlemedia.az saytı Azay Kərimovun yazısını dərc etdi.
Xoşbəxt İnsan o İnsandirki həm sagliginda, həmdə şəhidliyindən sonra, ona rəhmət oxuyurlar. Xoşbəxt İnsan o İnsandir ki, varliginda darixirsan, amma yoxlugu ilə, illər kecməsinə baxmayaraq barışmırsan. Səni yandirib-yaxir.
Etiraf edəcəm. ŞUŞADA hec kimdən qorxmamimişam, nə tabeliyimdə olanlardan, nədə tabecilliyində oldugum rəislərdən! Yeganə bir nəfərdən başqa. ŞUŞA Rayon Polis Şöbəsinin Rəis Müavini ELDƏNİZ QULİYEVDƏN başqa! Həmişə bu insandan cəkinmişəm və utanmişam! Bəlkədə yeganə insan olub ki, yaninda nə siqaret cəkmişəm, nə də araq icmişəm. Həttda özu məcbur etsə və icazə versə belə, Mən bunu etməmişəm. Həttda toyda belə icəri girməmişəm. Durub getməyini gözləmişəm! Onu tək mən yox, butun ŞUŞALİLAR sevirdi. Şuşada yeganə guvəndiyim, sirrimi deyə biləcəyim, hərbi məsələlər daim məsləhətləşdiyim və xeyir- duasini aldigim tək insan! Məxfi əməliyyatlarla bagli cox əziyyətlər cəkdik bir yerd. Amma bunu heç kim bilmədi. Heç şuşalilarda bilmirlər bu günə qədər. 1992 ci ildə Daşalti əməliyyatinda 97 nəfər şəhid verdik! Bu Müdafiə Naziri General -mayor rutbəsində və salahiyyətində kecirilən bir əməliyyat idi. Bundan təxminən 1 il əvvəl Daşalti istiqamətində əməliyyat olmuşdu. Amma bu əməliyyat kapitan rütbəsində olan bir Rəis Muavini Eldəniz Quliyevin başciligi altinda oldu. 1991 -ci ilin aprel ayinin 20 də Daşaltida başi papaqli bir erməni qalmadi. Fəhləsindən tutmuş Kənd Soveti sədrinə qədər, 17 nəfər isə Ermənistandan gələnlər idi. Sovxoz binasinin podvalindan coxlu sayda partlaici aminal və detanator musadirə etdik. Kənd boş. qaldi. Həmin günü ŞUŞAYA çox qar yagmişdi. Həmdə şaxtali bir covgun idi! Həmin günü mən hərbi hissənin zabit yataqxanıda yatmişdim. Kimsə məni oyatdı durdum. Eldəniz Quliyev idi. Diskindim! Dedi gəl kooridora söhbət edək. Saata baxdim 3.28. Həm özunun həm də sürücüsunun şalvarlari dizinə qədər islanmışdı. ŞUŞA Mərkəzi Xəstəxanadan 3-cu İnternata kimi piyada gəlmişdi. Maşin qardan hərəkət edə bilməyib. Başa saldi ki, Gəncədən silah-sursat və potron dolu gələn QAZ -66 maşini Ermənilərin diversiya qrupu saxalayib , atəşə tutubla, maşin aşib, Yaşar qolundan agir yaralanib və qaca bilib. Amma Qacay Pəhləvanin oglu Allahverdinin u. nə ölusundən nə dirisindən xəbər yoxdur. Onu tapsan anacaq sən tapacaqsan. Başqa hec kimə ümüdüm yoxdur. Ona görə Xəstəxanadan piyada gəlmişəm. Raziliqla mexanikdə daxil olmaqla 3 nəfər əsgər və BMP-1 texnikasini göturdum. O cumlədən 1 fanar 4 ədəd əsgər odeyali. Bu elə bir yer idi ki, ermənilər həftədə 2 dəfə Şuşaya gələn elektrik dirəyini partladirdi və bütün şəhər işiqsiz qalirdi. BMP həmin yerə cixa bilmədi. Çunki BMP qarda yeriyə bilmir. Fikirləşdim bəzi agzi göycək və indi Özlərin Fesbokda Məhşur Kəşfiyatci kimi təqdim edənlər kimi qayidim Rəisi aldadim ki, deyimki BMP-cixmadi, deyim ki, tapa bilmədim? ,deyim ki, ermənilər cox idi girə bilmədik? və yaxud hava şəraiti imkan vermir? Təbii 1000 uydurma edə bilərdim və qayidib yerimdə yata bilərdim. Amma bu mənim təbiətimdə olmayan bir şeydi ki, Mən Komandirimi aldadim. Həmdə Eldəniz Quliyevi! O məni ayaqüstə gözləyirdi axı! Orda bir İnsan, bir vətəndaş bir döyüşçü, ən əsasi nəsilikcə məhşur bir ailənin övladı, həmdə taleyi naməlum halda idi. O ya qanaxmadan, ya soyuqdan dona bilərdi. Ya da əsir götürülə bilərdi. BMP -ni tulladim. Əsgərlərlə Piyada getdik! Təxminən 4 km -dən sonra Qaz -66 tapdim. Sol böyru üstə asmişdi, qabaq şuşədən gulələr deşmişdi. Sol qapida isə qan və gullərin gilizləri tökülmüşdü. qar yağdığından iİz tapmaq mümkün deyildi. Addim atdiqdan sonra ,arxaya baxirdimki ayaq izlərinin yerini qar doldurdu artiq. Elə guclu qar və külək idi Allahverdinin sağ qaldığınada ümui etmirdim. Maşindan 300 metr arali fanar işiginda avtomatin qapağını tapdim. Bir azdan sonra daha bir hissəsini tapdim. 1 km dən sonra isə üzu ustə uzanmiş Afqan formasinda bir "meyid" tapdim. Nəfəsiz150 kq agirliginda, avtomati parcalanmiş halda. Ürəyini masaj etdim. Bir necə dəfədən sonra bir dəfə öskurdu. ÖZUMUNDƏ əllərim -ayaqlarim donmuşdu, t aqətim yox idi! Əsgər umumiyətlə bezmiş halda idilər. çox üşüyürdülər, soyuqdan donurduq! Qar ilə ovuşdurdum, düşündüm ki, donur, ayaqlarina əl vuranda inildədi. Baxdim ki, paltarin ustundən 4 deşik var. Oma sümüyü qırılıb. Yuxari qaldirmaq mumkun olmazdi. Çox agir idi. Ancaq aşaği. Soyuq Bulağin dayanacağına qədər odeyalla gətirdik . 3 nu özunə bükdük, birini altina sərib sürüyərək Soyuq bulağa çatdırdıq. Ərazini yaxşi taniyirdim. Gedib BMP-ni sürüb Soyuq Bulağa gəldim. İnanin 4 nəfər ilə bir adami BMP-nin üstünə qaldira bilmədik.Özumuz donurduq! Gücümüz taqqətimiz qalmamişdi. 3 dəfə qaldirdiq amma sonra yenə yerə qoyduq. Gucumuz catmirdı. 4-cu təkanda bir təhər baş hisəsini qoyduq,sonra ayaqlarini sürüşdürdük! nəhayətki BMP-yə qoya bildik. Mən çox yerlərdə, çox təlim mərkəzlərində istədiyim qədər BMP sürmuşəm. Amma 30 sm qarda bu sürətlə asfaltda BMP sürməym yadima gəlmir və bu gündə təəccüb edirəm. BMP qari sevmr. Xəstəxanada ŞUŞA Şəhərinin Baş Həkimi Ramq Məhərəmov və Eldənz Quliyev gözləyirdi bizi. Alahverdini kooridora qoyduq! Baş Həkim Ramq Məhərrəmov əlcəklə əlini yaraya saldi və dediki bu adam yeriə bilməyəcək. İlk dəfə Eldəniz Quliyevin aglamasini onda gödüm. Biz belə günlərlə döyüşdük Şuşanı qorumaq üçün . Lakin Şuşa siyası oyunların qurbanı oldu!!!
ATESH,AZ