hemle

Azay Quliyev seçicilərlə videogörüş keçirib

Tarix:9-05-2020, 21:04
Baxış Sayı:500

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Anar Bagiri də iştirak edib.

Turkustan.info bildirir ki, videogörüşdə iştirak edən seçicilər işsiz və ya koronavirusla mübarizə tədbirləri nəticəsində işini itirmiş şəxslər üçün nəzərdə tutulan 190 manat məbləğində dövlət yardımının alınması, pensiya təminatı, bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, əlillik statusunun verilməsi, məşğulluq və kommunal xidmət məsələsi ilə bağlı müraciətlərini deputata çatdırıblar. Qaldırılan problemlərin bir qismi ilə bağlı müvafiq izahat verilib. Digər məsələlər isə aidiyyəti qurumların rəhbərləri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib.

Azay Quliyev 9 May faşizm üzərində qələbə günü münasibəti ilə seçicilərini təbrik edib. Deputat görüşdə qaldırılan məsələlərin həlli prosesini nəzarətdə saxlayacağını deyib. Seçicilər onların müraciətlərini daim diqqətdə saxladığı üçün deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir