hemle

Özəl pensiya fondu nə vaxt yaradılacaq?

Tarix:23-01-2025, 09:19
Baxış Sayı:411

Özəl pensiya fondlarının uğurlu fəaliyyət göstərməsi üçün bir sıra idarəetmə və tənzimləmə mexanizmləri nəzərdə tutulur. Özəl pensiya fondlarının effektiv və dayanıqlı fəaliyyət göstərməsi, həmçinin vətəndaşların yatırdıqları vəsaitlərin qorunması üçün müvafiq idarəetmə və tənzimləmə mexanizmlərinin tətbiqi böyük əhəmiyyət kəsb edir. 

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Məlumata əsasən, Mərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələr davam etdirilir.

Hazırda qanun layihələrinin təkmilləşdirilməsi və müzakirəsi məqsədilə dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyası birgə fəaliyyət göstərirlər. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi altında beynəlxalq təcrübələr araşdırılıb və ilkin qanunvericilik layihələri hazırlanıb. Həmçinin vətəndaşların fondlara yatırdığı vəsaitlərin qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlər görüləcək.

Digər xəbərlər
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı
21:40 İsrail əməliyyata niyə bu adı verib? - Detallar