hemle

Pensiya pulunu bir dəfəlik almaq mümkün olacaq - 2026-dan

Tarix:10-12-2024, 15:40
Baxış Sayı:503



Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

Bu barədə sığorta bazarındakı mənbədən bildirilib.

Məlumata görə, "Qeyri-dövlət pensiya fondları haqqında" qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.

Digər xəbərlər
15:11 Zirəddin "dəhşətli zəlzələ olacaq" dedi: Seysmoloji Xidmətdən reaksiya gəldi
15:08 Ermənistan kəşfiyyatı Azərbaycanla müharibə hesabatı yaydı - Sərhəddə toqquşma...
14:47 Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? - ŞOK DETALLAR
14:45 Azərbaycanda taksidən istifadə edənlərin sayı kəskin azalıb: Səbəb nədir, kasıblıq, yoxsa...
11:00 "Azərişıq"ın əməkdaşı faciəvi şəkildə öldü
10:58 Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü Ali Məhkəmədə təsdiqlənib
10:54 Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesi başladı: Bu işlər görülür
10:52 ABŞ Avropanı silahlandırır: bu ölkə ilə genişmiqyaslı müharibəyə başlayacaq