hemle

"WhatsApp"dan YENİLİK

Tarix:Dünən, 21:51
Baxış Sayı:447

"WhatsApp"dan YENİLİK"WhatsApp" süni intellektə əsaslanan yeni funksiyanı sınaqdan keçirir. Bu funksiya istifadəçilərə şəxsi çatlar, qruplar və kanallarda oxunmamış mesajların qısa xülasəsini təqdim edəcək.

Funksiya hazırda yalnız "Android" cihazlarında beta test mərhələsindədir və məhdud istifadəçi qrupuna təqdim olunub.

Xülasə funksiyasını aktivləşdirmək üçün "Private Processing" rejimi işə salınmalıdır. Oxunmamış mesajlar çox olduqda, "Meta AI" düyməsi görünəcək və bu düymə vasitəsilə yazışmanın qısa icmalı əldə ediləcək.

Şirkət bildirir ki, bu prosesdə məxfilik qorunur, məlumatlar saxlanmır və istifadəçiyə aid edilmir. Eyni zamanda, "Advanced Privacy" rejimi aktiv olduqda bu funksiya avtomatik sönür.

Qeyd edək ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi və iOS versiyası ilə bağlı detallı məlumat hələ açıqlanmayıb.

Digər xəbərlər
12:23 "Azəriqaz" İB-nin baş direktoru Kürdəmir rayonunda vətəndaş qəbulu keçirib
21:54 Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb
21:53 İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər
21:52 Xameneinin iqamətgahlarından biri raketlə vurulub
21:51 "WhatsApp"dan YENİLİK
21:49 “Uber Azərbaycan” şirkəti və direktoru cərimələndi
21:47 Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
21:44 Bakı-Naxçıvan avtobus reysləri fəaliyyətini dayandırdı