hemle

WHATSAPP-DAN DAHA BİR MÖHTƏŞƏM YENİLİK

Tarix:22-04-2020, 22:49
Baxış Sayı:497

Feysbuk şirkətinə məxsus olan populyar WhatsApp messencerinə daha bir funksiya əlavə olunacaq.

ONN media bildirir ki, artıq WhatsApp-da qrup zənglərinə qoşulacaq şəxslərin sayı 4 nəfərdən çox olacaq.

Hazırda qruplarda həm səsli, həm də görüntülü yalnız 4 nəfər iştirak edə bilir.

Tezliklə isə bu zənglərə daha çox insan qoşula biləcək. Hələ ki, zənglərə neçə nəfərin qoşulacağı və funksiyanın nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Təxmini olaraq isə zənglərin 6-19 nəfər arası dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, funksiya WhatsApp-ın Android və iOS istifadəçilər üçün nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:45 VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ
09:58 Gəncəni bombalayan erməni hərbçilərin adları BİLİNDİ
08:58 İqlim dəyişikliyi: Yer kürəsi əhalisinin yarısı bununla üzləşir - Ən az bir ay...
08:55 ƏDV ilə bağlı şad xəbər verildi
08:53 Beyin sağlamlığı üçün ən vacib qidalar - Siyahı
08:51 Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salındı
22:06 Azərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq
21:57 Dəmir yolu nəqliyyatından istifadə edən bu sərnişinlər cərimə ediləcək