hemle

“İlhamə Quliyeva şeytana qulluq edirdi” – Brilliantdan qalmaqallı sözlər

Tarix:7-06-2020, 11:11
Baxış Sayı:559

Xalq artisti Brilliant Dadaşova mərhum Xalq artisti İlhamə Quliyeva haqqında sərt ittihamlar səsləndirib.

İzləyicisinin rəyinə cavab verən B.Dadaşova sənətçinin vaxtilə Flora Kərimova haqda yalanlar dediyini açıqlayıb: "Allahdan ona oxşamağı diləməyin. Allaha and olsun ki, o çox yalan, şər, böhtan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb. Deyirdi ki, o qarnına yastıq qoydu, qızını o doğmayıb. Flora xanımın qızı öz kopyası olmasaydı, mən az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki... Mən də uşaq idim, ağlıma gəlməzdi ki, bir insan bu qədər şeytana qulluq edə bilər. Bu söhbəti heç vaxt Floraya danışmamışam”.

Bunu görən Flora Kərimova B.Dadaşovaya dəstək olub: "Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiniz, nə də sonuncu! İndi söz düşüb bəzilərinin dilinə -"sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil! Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardınız”.

Digər xəbərlər
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ