hemle

”İmkansız ailələrə yardım edək” çağrışına müğənnilərdən reaksiyalar...

Tarix:17-04-2020, 17:31
Baxış Sayı:504

"Müğənnilərin əlinə şans düşüb. Biri eyvanda, digəri divanın üstündə mahnı oxuyur. Mahnı oxumaq, konsert vermək vaxtıdı? Hamı bilir ki, bu xəstəlik yayılıb. Hamı evdə qalmalı, əl sabunlanmalı, maska taxılmalıdı. Bunu hamı bilir də... İnsanlara kömək edin”.

Adalet.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova instaqramda canlı yayıma bağlanarkən qeyd edib.

Uzun illərdir Rusiyada yaşayan ifaçı həmkarlarının karantin rejimindəki fəaliyyətini tənqid edib. Rəqsanə qeyd edib ki, sənətçilər sosial yardıma ehtiyacı olanlara yardım göstərmirlər:

"14-15 min dollar toy pulunuzdan 1 qəpik də enmirsiz. İndi niyə camaata yardım etmirsiz? Qeyrətinizi göstərin! Mən artıq dostlarımdan pul istəməkdən, kömək üçün yalvarmaqdan utanıram. İnsanlarımız üçün bunu edirəm. Rusiyada yaşayan azərbaycanlıların vəziyyəti pisdir, çatdıra bilmirik.

Bu gün hər kəs bir olmalıdır. Niyə kor qalıb gözlərinizi yummusunuz? Milyon nəfər var ki, toylarında çıxış etmisiz. Zəng vurmaq çətindir? Hələ çətin vəziyyətdə instaqramda yemək görüntüləri paylaşırsız. Ərzaq yardımı kənara qalsın, burada körpə və uşaqlar var ki, koronavirusa yoluxanlarla bir evdə qalır”.

Qeyd edək ki, R. İsmayılova 893 ailəni ərzaq və qida ilə təmin edib.

Müğənni Gülay Zeynallı da acıqlaması ilə həmkarına dəstək olub. O, verilişlərin birində qonaq olub.və imkansızlara yardım etməkdən danışıb. O, bildirirb ki, əgər müğənni xalqdan qazanırsa, imkansız ailələrə də kömək etməlidir: "Allah ruzini yetirəndə baxmır ki, sən evdəsən ya çöldə. Baxırsan ki, oturub evində, qapısı döyülür ona kimsə yardım gətirib. Bunu Allah yetirəndə yetirir. Biz nəinki bu günlərdə, hər zaman belə insanlara kömək etməliyik. Çünki biz ruzini toydan, bayramdan, bu torpaqdan, xalqdan qazanırıqsa, onlara da xərcləməyi bacarmalıyıq. Elə zinyət əşyalarımız, elə geyimlərimiz var ki, onları istifadə edə bilmirik. Görürsünüz, hamımız oturmuşuq. Ona görə insan gərək özü ilə bərabər qarşısındakını da xoşbəxt etməyi bacarsın".
Amma…. Rəqsanənin bəzi ittihamları Xalq artisti Tünzalə Ağayeva boğzaından kecməyib. Bu səbədən Tünzalı xanımla müğənni Rəqsanə arasında qalmaqalar davam edir.

Belə ki, xalq artisti Fransız yazıçısı Deni Didroya aid olan sözlər paylaşım edib:

"Xoş deyil kimsəni məzəmmət etmək,

Bilmədən, görmədən həqarət etmək.

"Yaxşılıq" təqdirəlayiq hərəkət,

Minnətsiz olması böyük məharət!

Allah da gizlidir, əsl mərhəmət,

Əməl sahibinə verilən qiymət.

Yalnız yaxşılıq etmək kifayət deyil,

Yaxşılığı incəliklə etmək də vacibdir".

Tünzalə daha sonra paylaşımına Rəqsanə ilə bağlı yazılan şərhlərə bəyəni işarəsi qoyub.

Xatırladaq ki, Rəqsanə həmkarını, o cümlədən Tünzalə Ağayevanı xalqa kömək etməməkdə günahlandırmışdı:

"Xalq artisti adını sizə niyə görə veriblər? Bu xalqın sevimlisi olduğuna görə. Xalq artisti adını alanlar, köməklik edin. Bu günlərdə həmrəy olun. Evdə oturub, şokolad mağazası açmaqla deyil. Əziz Tünzalə xanım, şokolad mağazası açmısan, halal xoşun olsun. Mən sənin sənətini də, özünü də çox istəyirəm. Müğənnilərin evlərinə şokolad paylayıb, reklam etməkdənsə, səni Xalq artisti adına layiq görən bu millətin evinə payla, qoy kiminsə balasının ağzı şirin olsun. Müğənni onsuz da hər gün şokolad yeyir, onların şokolada ehtiyacı var? Bağlatdır 10 qutu, göndər 10 nəfər yetimin evinə. Sizin onsuz da yetərincə reklamınız var".
Əvvəlcə sənətçinin prodüseri Yalçın Cabbarov açıqlama verərək T. Ağayevanın daim xeyriyyə addımları atdığını söyləyib. Daha sonra sənətçi sosial şəbəkədə ona dəstək olan insanların statuslarını "story”də paylaşıb, Rəqsanənin üzr istəməsini eyham edib.
Deyəsən, qalmaqal böyüyür...

Əntiqə Rəşid

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı