hemle

Ədalət yardım istəyənləri qınadı: “Yerinizə utanıram, kişisən…” deyən müğənniyə Svetlana Osmanlıdan cavab!

Tarix:16-04-2020, 14:14
Baxış Sayı:518

Adamda gərək taraz düşüncə olsun.! Olmadimi? Onda boş boğaz cılız olacaq. Kecmişini unudanin gələcəyi olmaz.! Ədalət Şükürov Siz nə adiniza, nə soyadiniza yaraşırsınız. Əlbəttə inciməyin, Sizidə bəlkə diləncilikdən bu Xalq cixarib. Hal hazirda Xalqımız, Millətimiz üzərində qara buludlar səyriməkdədir. Onsuzda zəif durumda olan xalq acınacaqlı vəziyyətdə qalıb. Az təminatlı ailələrimiz var. Siz cıxıb yardım istəyənləri qınamaqda kecmişinizi unudub məntiqə uyğun olmayan sərsəm ifadənizlə nə məqsəd güdürsünüz. Siz kimsiniz? Əlacsız, işsiz hec bir gəliri olmayan, körpə övladları olan ana gedib gərəksiz yolla pul qazansin? Yoxsa Azərbaycanın qeyrətli oğullarından yardım istəsin? Təbii ki, Sizin kimisi, kucə və məhəllə dinqirasi oxuyandan yardim edən də olmaz. Bu təbiidir. Yetər bu məzlum Xalqı təhqir etdiniz. Sizin kecmişinizi bir qadin yadiniza salmişdi ki, Leninqradda kirayə pulunu ödəyə bilmirdiniz və küçələrdə pul dilənirdiniz. Qadın Sizə yardım edib. Onda Koronavirus yox idi. Belə ki, dilənçilik körpüsünü Siz qoydunuz Ədalət Şükürovun müsahibəsini təqdim edirik.

Əməkdar artist Ədalət Şükürov sosial vəziyyətindən şikayətlənən vətəndaşları tənqid edib.

Lent.az -ın məlumatına görə, müğənni Instaqram səhifəsində canlı açaraq, bu sözləri deyib:

“Şərhləri oxuyuram, o insanların yerinə utanıram. Kişisən, sənin əlin-qolun var! Yoxdur iş, bir az dözək. Dünyada heç kimin işi yoxdur. Deyirlər ki, xalqın pulunu yeyib. Mən heç kimin pulunu yeməmişəm. Deyirlər ki, keçmişimi danıram. Mən keçmişimi danmıram. Mən fəxr eləmişəm ki, belimdə kartof daşıyıb pul qazanmışam. O vaxt imkan yox idi, indi var. Kimə nə lazımdırsa, kömək etmişəm. Ağıl öyrətmək lazım deyil. Mən sizin çoxunuzdan ağıllıyam. Manaf Ağayev, Afaq Bəşirqızı haqqında ağzınıza gələni yazırsız. Manaf edəni heç sizin nəsliniz etməyib.

Pulu olan da, olmayan da “ağlayır”. Adam kasıba kömək edər. Gedib görürsən ki, evi var, şəraiti yaxşıdır, amma kömək istəyir. Elə şərait yaratmısız, yardım edənlər də uzaqlaşacaq, hirslənib deyəcək ki, yardım etmirəm”.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam