hemle

Azərbaycanda yeni hərəkat başladıldı : "İLK"

Tarix:6-07-2020, 09:13
Baxış Sayı:514

Azərbaycanda yeni könüllülər hərəkatı yaradılıb.
ATESH,AZ saytı yayımladı və gənclərimizə uğurlar arzulayırıq. Xalqımız üçün xeyirli uğurlu olsun!!!

“İctimai Lider Könüllülər” (bundan sonra İLK) hərəkatı 1 iyul 2020-ci ildə bir qrup ictimai fəal gənc və könüllülər tərəfindən irəli sürülüb və fəaliyyətə başlaması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il “Könüllülər ili”nin elan olunması ilə bağlı sərəncam imzalayıb və 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilibdir. Məhz “İctimai Lider Könüllülər” hərəkatının yaradılmasının əsas məqsədi ölkədə yeniyetmə və gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, onların bilik və bacarıqlarının artırılması, istedadlı və bacarıqlı gənclərin cəmiyyətdə tanıdılması, dövlətimizin könüllülük fəaliyyətinə verdiyi dəyərə öz dəstəyini göstərməkdir.

Hazırda bütün dünyanı əhatə edən koronavirus pandemiyası ilə əlaqədar olaraq fəaliyyətini onlayn davam etdirəcək “İLK”, pandemiya bitdikdən sonra daha geniş şəkildə fəaliyyət göstərəcəkdir.
Hərəkatın fəaliyyəti çərçivəsində qeyd olunan məqsəd və çağırışları əsas götürülərək forumlar, təlimlər, sosial aksiyalar, dəyirmi masalar, tədbirlər və ictimai layihələr icra ediləcək.

Dövlət qurumları, ictimai təşkilatlar, media, fərdi təşəbbüs göstərənlər, fiziki və hüquqi şəxslər, təhsil ocaqları hərəkatın fəaliyyətində prioritet tərəfdaşlar kimi nəzərdə tutulur.

Qeyd edək ki, “İctimai Lider Könüllülər” hərəkatı İctimai Xadim, “İctimai.az” saytının baş redaktoru, “GələcəkSƏN” Təlim və İnkişaf proqramının rəhbəri Rəşad Bayramov və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi”nin gənclərlə iş şöbəsinin rəhbəri Ümidə Rəhimova tərəfindən təsis olunub.

ATESH,AZ

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR