hemle

Elmar Vəliyevin oğlu daha bir vəzifəsini itirdi

Tarix:14-11-2018, 12:09
Baxış Sayı:514

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.

Atəsh.az xəbər verir ki, “unikal.org”a istinadən xəbər verir ki, Elmir Vəliyev hazırda "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı sayt Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla əlaqə saxlayıb. İdarə sədri bildirib ki, Elmir Vəliyev "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.

Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə "Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri seçilmişdi.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ