hemle

“Gənclərin turizm sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi üçün video dərslər” layihəsini həyata keçirib - Atəş.az

Tarix:20-02-2017, 22:04
Baxış Sayı:728

“Gənclərin Təhsil, Təlim, Peşə və Inkişaf Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin turizm sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi üçün video dərslər” layihəsini həyata keçirib.

“Gənclərin turizm sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi üçün video dərslər” layihəsi Azərbaycanda turizm xidməti sahəsində peşəkarlığının artırılması məqsədini daşıyır.
Video dərslərdə qeyd-qəbul (Front office), otaqlarda xidmət və masa xidməti ixtisasları, həmçinin müştəri ilə ünsiyyət, daxili davranış, gigiyena qaydalarına dair məlumatlar öz əksini tapmışdır.

Layihənin əsas məqsədləri turizm sektoru üçün peşəkar kadrların hazırlanması, Azərbaycanda turizm xidməti sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Həmçinin, yeniyetmə və gənclərin maarifləndirilməsi, peşə biliklərinə yiyələnmələri, gənclərin işlə təmin olunmasına köməkliyin göstərilməsi, davamlı kadr hazırlığının təmin edilməsi, peşə təhsilinin daha müasir və günün tələblərinə uyğun olmasını təmin etməkdir.
Nəzərə alsaq ki, gənc nəsil informasiya texnologiyalara daha böyük üstünlük verir və vaxtın çox hissəsini məhz internet məkanında keçirir, onların peşə biliklərinin vizual olaraq öyrənilməsi, həmçinin artıq turizm sahəsində çalışanların iş prosesindən qalmadan biliklərin təkmilləşdirilməsi üçün video dərslərin mövcudluğu çox əlverişlidir.
Layihə çərçivəsində hazırlanmış video dərslər turizm və qonaqpərvərlik sahəsinə aid olan saytlarda, video-hostinqlərdə yerləşdiriləcəkdir. Həmçinin video dərslər aidiyyəti olan turizm peşə təlim-təhsil ocaqlarına alternativ metodik vəsait kimi təklif edilməsi planlaşdırılır.

Atəş.az

Digər xəbərlər
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
18:40 "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
18:34 Uşaqları dilənçiliyə kimlər vadar edir? - Konkret yerlər var ki...
18:30 Kəlbəcər sakini Goranboyda minaya düşdü
18:26 Nazirlikdən xəbərdarlıq: Bu yolla çirkli pulların yuyulmasının iştirakçısı ola bilərsiniz
18:22 Saleh Səmədovu DTX həbs etdi - YENİLƏNDİ