hemle

" Vətən yaşasın!" - Turan Araşdırma Mərkəzi layihəsinin icrasına başlayır

Tarix:3-07-2020, 18:09
Baxış Sayı:679

" Vətən yaşasın!" - Turan Araşdırma Mərkəzi layihəsinin
icrasına başlayır
hemlemedia.az saytının “Turan Araşdırma Mərkəzi” İB-dən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi Qrant müsabiqəsində qaliblərdən biri də “Turan Araşdırma Mərkəzi” İB olmuşdur.

TAM-ın qalib gəlmiş "Vətən yaşasın!" layihəsi çərçivəsində görüləcək əsas iş, "Vətən yaşasın" adlı sənədli filmin çəkilişidir. layihənin icrasına 01 iyul 2020-ci il tarixindən artıq start verilib.
üç ay müddətində icra edilməsi nəzərdə tutulan layihə 01oktyabr 2020-ci il tarixində başa çatacaq.

Film vətənpərvərlik mövzusundadır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinə Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün əsl həyat məktəbidir.
Filmdə əsas məqsəd ermənilərlə savaşda qəhrəmanlıq nümunəsi göstərmiş Vətən oğullarının tanıdılmasıdır. Eyni zamanda hər gün düşmən tərəfindən atəşkəs bir neçə dəfə pozulur. İgid Azərbaycan əsgəri kimi yerli sakinlərimiz də qəhramanlıq göstərərək düşmənlə üzbəüz ərazidə yaşayır, yaradır, öz həyatlarına davam edirlər.
Filmin çəkiləcəyi ərazi əsasən cəbhə bölgələrində: Tərtər, Goranboy, Füzuli, Ağdam olaraq seçilib. Qeyd olunan ərazilər cəbhə bölgəsidir, təmas nöqtəsidir.
Layihənin icrası üçün çəkiləcək film geniş tamaşaçı kütləsinə təqdim ediləcəkdir.
Turan Araşdırmalar Mərkəzi İctimai Birliyi.
hemlemedia.az saytı

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ