hemle

İSPANİYA: ADİ HƏYAT TƏRZİNƏ QAYITMAQ BARƏDƏ DANIŞMAQ HƏLƏ TEZDİR

Tarix:1-07-2020, 21:06
Baxış Sayı:405

İspanların yerdəyişmə azadlığı qaytarılmasına baxmayaraq, adi həyat tərzinə qayıtmaq barədə danışmaq hələ tezdir.

hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, Kralın Konqres tərəfindən qəbul edilmiş yeni fərmanı koronavirusun yayılmasına qarşı mübarizə şəraitində riayət edilməsi zəruri olan davranış qaydalarını tənzimləyir. Bu tədbirlər ölkədə virusun ikinci dalğasının qarşısını almağa yönəlib.

Yaşı 6-dan yuxarı olan şəxslərin maska taxması əvvəlki kimi məcburidir. Təkcə ictimai nəqliyyatda deyil, sizinlə bir yerdə yaşamayan şəxs sizin şəxsi avtomobilinizdə getdiyi halda bu avtomobildə də maska taxmaq lazımdır. Bundan əlavə, küçələrdə, açıq məkanlarda və ya ümumi istifadəli hər hansı qapalı yerlərdə maska taxılması zəruridir.

Qanunun bir mühüm bəndi 1,5 metrlik sosial məsafəyə riayət edilməsi barədədir. Mehmanxanalarda və restoranlarda, o cümlədən terraslarda insanlar (həm işçilər, həm də müştərilər) arasında məsafə bundan az olmamalıdır.

Bu qaydaların pozulmasına görə cərimənin məbləği pozuntunun və onun doğura biləcəyi riskin dərəcəsindən asılı olacaq.

Xatırladaq ki, koronavirus ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyətin müddəti iyunun 21-də başa çatıb. Ölkədə fövqəladə vəziyyət müddətində təhlükəsizlik qaydalarının pozulmasına görə 9000 nəfər saxlanılıb, 1,2 milyon cərimə yazılıb.
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir