hemle

İCTİMAİ NƏQLİYYATDA MASKA TAXMAYAN ŞƏXSLƏR CƏRİMƏ EDİLDİ

Tarix:12-06-2020, 21:55
Baxış Sayı:432

İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edilib və maskası olub taxmayanlara isə xəbərdarlıq edilərək marifləndirici söhbətlər aparılıb.

ONN media xəbər verir ki, Xətai rayon polis idarəsinin əməkdaşları rayon ərazisində reydlər keçirib. Avtobuslarda aparılan yoxlamalar zamanı maskasız avtobusa daxil olan şəxslər avtobusdan düşürülüb və onlar barəsində protokol yazılıb.

Qeyd edək ki, ictimai nəqliyyatda maska taxmaq məcburidir. Bu qaydanı ilk dəfə pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı