hemle

Çətin durumda qalan dənizçilərimizə yardım edildi

Tarix:21-06-2020, 22:29
Baxış Sayı:438

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) Mavritaniya İslam Respublikasında çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçiyə dəstək olub.

Bu barədə Atəş.az-a ASCO-dan məlumat verilib.

Həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış otel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti həmin vətəndaşlardan birinin hesabına köçürülüb.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb.

İyunun 21-də həmin dənizçilər çarter reysi ilə Türkiyəyə gətirilib. İstanbul hava limanında onları ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və otelə yerləşdiriblər. Dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana qaytarılacağı gözlənilir.

Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, azərbaycanlı 4 dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb.

Lakin verilən vədlər boş çıxıb, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşiblər.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat