hemle

Orxan Həsənli : "Aynur xanım haqqında birmənalı şəkildə ölçü götürməlidirlər" - Atəş.az

Tarix:24-01-2017, 20:15
Baxış Sayı:1 227

Son günlər bəzi xəbər saytlarında AMEA-nın üzvü Aynur Qəzənfərqızı ilə bağlı məlumatlar yer almaqdadır. Xəbərin əsas mövzusu bundan ibarətdir ki, bu xanım iddia edir ki, "20 Yanvar 1990-cı il gecəsi Bakıya hücum edən Sovet ordusunun içərisində ermənilər olmayıb və həmin zaman ermənilər sərhəddə bizləri qoruyublar". Bu cümlələri sadəcə tariximizlə, geçmişimizlə bağlı heçbir məlumatı olmayan, savadsız və dünyadan məlumatsız şəxslər istifadə edə bilər. Bu xanımsa deyilənə görə AMEA-nın üzvüdür və bəlliki bu bilim ocağında çalışanlar bəlli bir savada, elmə sahib insanlardır. Eyni zamanda 2 gün öncə kafkassam.com saytında "Mən sadə erməni xalqının, aydın, təfəkkürlü ermənilərin düşməni deyiləm və onlara nifrət etmirəm" demişdir. Bildiyiniz kimi erməni Zori Balayanda öz sahəsinə görə elmli insan idi. Demək ki, bu xanım Balayana nifrət etmir, hörmət edir və onun düşməni deyil! Bu xanımın keçmişi, fəaliyyəti və hansı haqla AMEA-da "fəaliyyət" göstərməsi barədə təcili aiddiyyatı strukturlar araşdırma aparmalı, birmənalı şəkildə ölçü götürməlidirlər. Türkiyədə təhsil alan Azərbaycanlı tələbələr olaraq bu məsələ ilə bağlı lazımi nəticə almayana qədər susmayacağıq. AMEA-da bu xanım haqqında rəsmi açıqlama verməlidir.

Ankara böyükeliçiyinin Uşak Azərbaycanlılar təmsilçisi, Uşak Universiteti Azərbaycan Mədəniyyətini Tanıtma Topluluğu Başkanı Orxan Həsənli

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ