hemle

Əntiqə Rəşid tarixə nəzər saldı. Qaçqın olmaq taleyin acı nəsibidir!!!

Tarix:21-06-2020, 00:02
Baxış Sayı:671

-20 iyun Ümumdünya Qaçqınlar Günüdür. Bu günün bizə daha cox aidiyyəti var... Cünki, 1828-ci ildən üzü bəri qacqınlıq bizim xalqın taleyinə yazılmış ən böyük bəla olub....
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ 1905-1920-ci illər;
İkinci mərhələ 1948-1953-ci illər
Üçüncü mərhələ 1988-1992-ci illər.

Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün хüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaхtlarda ermənilərin bu iyrənc siyasətinin arхasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaхt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.

Hazırda Qəmərli-Artaşat, Arpaçay-Aхuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.

Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.
Gününz qara gəlsin. bayramlarınız qara geysin bizə bu günləri yaşadanlar və susanlar!


Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir