Səbirə Mahmudova
Döyüşçü, Qarabağın Həcəri
Yasamal polisindən qadına, ərinə «dovşan» deyən polisin Şuşadan olmasını qaxınc edənlər, Şuşanın 88-92- ci illəriylə maraqlanın.
Əvvəla araşdırın, o cümlələri kim deyib. Əlbəttə, hansı bölgədəndi fərqi yox, Azərbaycan polisidir, polisin səngər həyatından xəbərsiz biri. Bugünədək Tərtərin Borsunlu cəbhəsindəki mövqelərdə olan Şuşa polisindən məlumatsız, təsadüfən polisə keçmiş biri…
Şuşalı olduğunu ironiya edənlərsə, bilsinlər ki, Şuşa daxil olmaqla bütün sərhəd bölgələrindəki polislər illərlə tapança gücünə saxlamışdılar erməni qabağını. Bir şöbədə 4 avtomat olduğu dövrləri də görmüşəm mən. Polisə məhəbbəti də zaman-zaman görmüşük. Şuşada mülki əhalinin təhlükəsizliyinə, ən ön postlarda yerləşmiş polisin gecə-gündüz sayıqlığı qarant idi o dövrlər, top mərmiləri altındakı Şuşada.
Şuşa əldən gedəndə yaralanmış, şəhid olmuş Azərbaycan polisləri oldu, itgin poluslərimiz oldu. Bərdənin Ağcakənd uqrundakı döyüşlərində iştirak edib şəhid olan 3 şəhid polisi ilklərdən oldu. Bu gün rəhmət oxuduqunuz mərhum general Rasim Musayev Tərtər polisinin ilk komandirlərindən idi. Qaçay Mehtitev polis şəhidimiz idi.
Laçının əfsanəvi polis nəfərləri şəhid oldu və onlardan 3 nəfəri Milli Qəhrəman, neçəsi «Azərbaycan Bayrağı» ordenli şəhidlərdir. Yüzlərlə Laçın, Şuşa polisi illərlə Qarabağda döyüşlərini davam etdirdilər, hətta bu günədək postlardadırlar, xələfləri.
Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Ağdam, Xocavənd, Ağdərə polisi müharibədə nə qədər şəhid verib, bilirsinizmi?
Ölkənin Bakı şəhəri başda olmaqla neçə rayonundan polis nəfərləri şəhid olub, Qazi olub məlumatınız varmı? Cəbrayıl polisinin fəaliyyətini heç unutmaq olarmı? Ağdərə polisinin Heyvalı mövqelərinə gedərkən erməni basqısında 24 nəfərinin güllə-boranından xəbəriniz varmı ki, neçəsi elə avtobusdaca can vermişdi.
Zərdabın polis mayoru Şahlar Şükürovun Kəlbəcər yolunda qətlini bilirsizmi? (Qohumu Aşıq Şəmşirin qızı Çimnaz xanım da o maşında güllələnmişdi). Günlərlə polisin müharibədəki şücaətindən danışaram,bitməz…
Bu gün də ən təhlükəki anlarımızda həyatı risklərdən çəkinməz polisimiz minlərlədir, sabahkı müharibənin ön sıralarında yer alacaqlar da…
Amma, Azərbaycan polisi bütün hallarda vətəndaşının təhlükəsizliyinə cavabdehdirsə, həm də şərəf-ləyaqətinin qorunmasına da məsuliyyətli olmalıdırlar. Qanunun aliliyini qorumalı, vətəndaşa qarşı ən axırıncı vasitə ehtiyac olanda zor tətbiq etməlidirlər. Amma bu gün mənim səngər qatdaşlarımın xələfləri bizi utandırdılar, ailə başçısını, əri, oğulu, qardaşı cəmiyyət içində sındırdılar. Vətəndsı tuman-paça çıxardılar evindən, ömürlük xəcil etdilər ailə-uşaq yanında. Müharibə aparan ölkədə bu hal nə deməkdir?
Kimlərdir, polisi belə rəzil duruma salanlar?
Kumlərdir, vətəndaş-polis qarşıdurmasını artıranlar?
«Əmr quludur» deyib keçməyək,polis Azərbaycanın gerbini üstündə daşıyır, bu gerbə, bu xalqa hörməti baqi olmalıdır. Kim zəmanət verər ki, bu təxribat deyil? Bəlkə karantini pozan psixi xəstədir?
Prezidentin son addımlarına zidd deyilmi, bu olaylar?
Dövlətə, xalqa, prezidentə sadiqlik belə qanuni pizmalarla olmur, ay bəzi təyinatlı deputatlar. Cəmiyyəti parçalamayın, polis iqtidarlı-müxalifətli xalqın təhlükəsizlik qarantıdır. Xalqın qanına susayan məmur övladlarının əksərinin əmrində olan polisi deyirəm…