hemle

XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olundu

Tarix:Bu gün, 16:42
Baxış Sayı:440

Müdafiə Nazirliyinin rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının 26-cı ildönümü münasibətilə "N" hərbi hissəsində keçirilən mərasimdə iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov xüsusi təyinatlılarla görüşüb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan danışıb.

44 günlük Vətən müharibəsində, eləcə də digər əməliyyatlarda xüsusi təyinatlıların göstərdiyi qəhrəmanlıq nümunələrini qeyd edən nazir onların fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Nazir xüsusi təyinatlıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb və müvafiq tövsiyələr verib.
Tədbirdə Azərbaycan Ordusunun digər hərbi qulluqçuları kimi XTQ mənsublarının da sarsılmaz əzmi və yüksək peşəkarlığının ölkəmizin qürur nişanəsi olduğu diqqətə çatdırılıb.

Xüsusi təyinatlılar adından çıxış edən XTQ mənsubu göstərilən diqqətə görə dövlət başçısına və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib. Ali Baş Komandanın istənilən əmr və tapşırıqlarına daim hazır olduqlarını qeyd edib və xüsusi təyinatlıların hər zaman olduğu kimi bundan sonra da Vətənə şərəflə xidmət edəcəklərini və göstərilən etimadı doğruldacaqlarını əminliklə vurğulayıb.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Digər xəbərlər
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi
16:42 XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olundu
16:41 Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar