hemle

Koronaviruslu xəstə "Canlı debat"da - ölkə gündəminin detalları az sonra....

Tarix:16-06-2020, 13:14
Baxış Sayı:412

Bu gün Musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da ölkə gündəmi müzakirə olunur.

Hazırda başlayan verilişdə aparıcı Sevinc Telmanqızının təqdimatında ikigünlük sərt karantin rejiminin nəticələri, bununla bağlı ortaya çıxan nəticələr, rayonlara istirahətə axışan paytaxt əhli, ÜST təmsilçisinin karantin günlərində Quba istirahəti və artan statistika müzakirə olunur. Efirə həmçinin koronaviruslu xəstə, hazırda müalicə alan döyüşçü Səfər Hümbətli də telefon bağlantısı ilə qoşulacaq, əhaliyə mesajlar verəcək, ordakı xəstələrin durumu ilə bağlı danışacaq.

Söhbət zamanı eyni zamanda Azərbaycanda növbəti ikigünlük evdə qalma qadağası, bununla bağlı ortaya çıxacaq nəticələr mövzusu da müzakirə olunacaq.

İkigünlük küçəyə çıxma qadağası koronavirus statistikasının azalmasına səbəb olacaq, yoxsa...? İnsanları evdə saxlamağın yolları nədən ibarətdir?

Suallarınızı ünvanlamaq üçün siz də canlı yayına qatılın, verilişi bəyənin, paylaşın.

Bunun üçün Musavat.com -un Facebook, ya da Youtube səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatila bilərsiniz.

Youtubedəki səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Digər xəbərlər
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir
12:13 Kartlardan daha 41 min manat oğurlandı
12:09 Ekspertizanın nəticələri bəlli oldu: “Crocus City Hall”da terror aktı törədənlər...
12:03 Avropadakı Azərbaycan diasporundan ermənilərin mina terroruna ETİRAZ
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar