hemle

GƏNC YAZARLARDAN AZƏR TURANA ETİRAZ:“GÖTÜR BİR İSTEFA ƏRİZƏSİ YAZ”

Tarix:15-06-2020, 10:35
Baxış Sayı:424

“Ədəbiyyat qəzeti”nə yenidən etirazlar başlayıb.

ONN media xəbər verir ki, sosial şəbəkədə gənc yazarlar qəzetin nəşr və seçim siyasətinə etiraz edən postlar yazıblar.

Gənc şair Tural Turan “Ədəbiyyat qəzeti”ndə çap edilməməsinə etiraz edib. O öz fikirlərini “Facebook”da ictimaiyyətə açıqlayaraq yazıb ki, qəzetdə ona qarşı embarqo qoyulub.

Sitat: “”Ədəbiyyat qəzeti”nə 1 aydır ki, şeirlərimi göndərmişəm. Hələ ki, veto və embarqo götürülməyib deyəsən…”

Gənc yazar Emil Rasimoğlu da “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turana etirazını bilirərək, qəzetdə ədəbiyyatdan kənar şəxslərin çap olunmasına qarşı narazılıq ifadə edib və onu istefa ərizəsi yazmağa çağırıb.

Sitat:“Bu günlərdə “Ədəbiyyat qəzeti”ndə Hacı Şahin Həsənlinin bir yazısının çap olunması xəbərini oxudum. Amma yazı ilə bir neçə gün sonra tanış oldum. Sanki elə bil yas yerindəsən və bir molla moizə edir.

Axı, Azər Turana deyən lazımdır ki, Hacı Şahinin “Ədəbiyyat qəzeti”ndə nə işi var? Onun orada bardaş qurub oturması ədəbiyyata nə verə bilər? Bunu guya bilmirsənmi?

Əgər o və o səpkili yazıları özün öz qərarınla, ixtiyarınla çap edirsənsə inan ki, səni tarix bağışlamayacaq. Yaxşı, gəl bir az da açıq danışım. Yox, əgər bıçaq sümüyə dirənəndə qayıdıb deyəcəksən ki, bir baş redaktor kimi məni məcbur edirlər və mən də çap edirəm.

O zaman, ay qardaş, ay müəllim, etmə çap. Məcbur olub çap etməkdənsə əl boyda bir kağızdı, götür bir istefa ərizəsi yaz, amma çap etmə. O zaman ədəbiyyat qarşısında da daha rəğmətli olarsan, daha sayğı ilə xatırlanarsan. Nəyinki sağlam düşüncə sahiblərinin qarşısında!

Bu gün İsa Muğannaların dərc olunduğu bir qəzetdə Hacı Şahinlər yer alırsa bu uğursuzluqdan başqa heç nə deyil, Azər Turan! Heç fərqindəsənmi?!..”

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir