hemle

Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…

Tarix:Dünən, 21:05
Baxış Sayı:501

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb. Bildirilir ki, modemlər çox zaman kibertəhlükələrə qarşı zəifdir. Bundan istifadə edən hakerlər isə ev şəbəkəsinə daxil olaraq şəxsi məlumatlara, cihazlara və xidmətlərə zərər verə bilər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu tip cihazlar tez-tez zərərli proqramlarla yoluxdurulur və ev şəbəkələrinə sızmaq üçün istifadə edilir.

"Router vasitəsilə həyata keçirilən hücumlar nəticəsində yalnız internet bağlantısı deyil, həmin şəbəkəyə qoşulmuş digər cihazlara da nəzarət mümkündür. Bu hallarda kibercinayətkarlar istifadəçilərin şəxsi və bank məlumatlarını oğurlamaq, onlayn fəaliyyətlərini izləmək və hətta cihazları zombi şəbəkələrdə (botnet) istifadə etmək imkanı qazanırlar. Hücumların səssiz və görünməz şəkildə baş verməsi isə təhlükəni daha da artırır".

Mütəxəssis bildirib ki, adətən istifadəçilər sızmalardan yalnız ciddi məlumat itkisi və ya təhlükəsizlik pozuntusu baş verdikdən sonra xəbərdar olurlar:

"Yönləndiricilərin proqram təminatı (firmware) mütəmadi olaraq yenilənməli, standart şifrələr dəyişdirilməli və şəbəkə təhlükəsizliyi üzrə əsas tədbirlər görülməlidir. Cihaz artıq istehsalçı tərəfindən dəstəklənmirsə, daha yeni və təhlükəsiz model ilə əvəz olunması tövsiyə olunur".

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər