hemle

Teleqramdan istifadə edənlərin nəzərinə!

Tarix:8-07-2023, 10:43
Baxış Sayı:75

Teleqram üzərindən vətəndaşlara “@Postbot” vasitəsilə yaradılmış fişinq mesajlar göndərilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT)
verilən məlumata görə, çox zaman bu mesajlar dost və ya tanış adından gəldiyinə görə güvənli hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər.

Nömrəni daxil etdikdən sonra, həmin nömrənin “Telegram” hesabına təsdiq kodu göndərilir. Bu kod “Telegram” hesabına başqa cihazlardan daxil olmaq üçün istifadə olunan koddur. Əgər kod düzgün şəkildə daxil edilərsə, sizin “Telegram” hesabınız ələ keçirilmiş sayılır və kiberdələduzlar bundan istifadə edərək başqa vətəndaşlara sizin adınızdan real kimi görünən həvəsləndirici fişinq mesajları göndərəcəklər.

Vətəndaşlara “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olmamaq, şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.
Ətraflı

Əgər vətəndaşlar artıq “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olublarsa, aşağıda qeyd edilən addımları həyata keçirmək tövsiyə olunur:

1.Teleqram hesabı üçün iki mərhələli təsdiqləməni aktivləşdirin;

2.Sizə gələn təsdiqləmə kodunu heç kimlə paylaşmayın;

3.Teleqram hesabına qoşulmuş cihazlara nəzarət edin;

4.Tətbiq icazələrini doğru tənzimləyin.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?