hemle

Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ

Tarix:Dünən, 18:46
Baxış Sayı:455

2024-cü ildə Türkiyədə doğuş nisbəti qadın başına 1,48 uşaq olmaqla rekord minimuma düşüb.

Bu barədə ölkənin Statistika Bürosunun (TÜİK) məlumatənda qeyd olunub.

Mütəxəssislər hesab edirlər ki, inkişaf etmiş, ölüm səviyyəsi aşağı olan ölkələrdə əhalinin çoxalması üçün hər qadına 2,1 uşaq doğulmalıdır.

"2001-ci ildə doğum əmsalı 2,38, 2024-cü ildə isə 1,48 uşaq olub. Artıq 8 ildir ki, bu rəqəm əhalinin təkrar istehsalı üçün tələb olunan səviyyədən aşağı olaraq qalır", - Büro bildirib.

Ən yüksək doğum göstəriciləri ölkənin şərqində, Şanlıurfa vilayətində - demək olar ki, 3,3, həmçinin Şırnak və Mardində qeydə alınıb. Vəziyyət ən pis Bartın və Eskişehir əyalətlərindədir ki, burada hər qadına 1,1 uşaq düşür.

Statistikaya görə, əgər 2001-ci ildə türk qadınları ilk övladını təxminən 27 yaşında dünyaya gətirirdisə, 2024-cü ildə artıq bu proses 29 yaşından sonra baş verir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkədə doğum səviyyəsinin azalmasından ciddi narahatlığını bildirib. Çətin demoqrafik vəziyyətlə əlaqədar Türkiyə hakimiyyəti 2025-ci ili ailə ili elan edib və doğum səviyyəsini artırmaq üçün bir sıra tədbirlər görəcəyini açıqlayıb.

Xatırladaq ki, 31 dekabr 2024-cü il tarixinə Türkiyənin əhali sayı 2023-cü illə müqaisədə 292 56 nəfər artaraq, 85 milyon 664 944 nəfər olub. Bildirilib ki, kişilərin sayı 42 milyon 853 min 110 nəfər (50,02%), qadınların sayı isə 42 milyon 811 min 834 nəfərdir (49,98%).

Digər xəbərlər
21:08 Sabah Bakının bir çox ərazisində qaz kəsiləcək
21:05 Evində modem olanların nəzərinə: Dərhal bunu edin, yoxsa…
18:50 İranda edamların sayı kəskin artıb
18:46 Türkiyədə doğum sayı rekord minimuma enib: Hakimiyyət HƏRƏKƏTƏ KEÇDİ
18:44 Evdə mütləq bu cihazlar olmalıdır: Həkim tövsiyəsi
18:40 İstanbulda bu məsələlər müzakirə olunacaq
18:37 Kreml rəsmən açıqladı: İstanbulda gözləyirik
18:20 Azərbaycan ordusunun Lələ Təpə əməliyyatı: Görün ermənilər kimin oğlunu ittiham edirlər