hemle

ÖLKƏDƏ İNTERNETİN KƏSİLMƏSİNİN SƏBƏBİ AÇIQLANDI

Tarix:21-04-2020, 22:10
Baxış Sayı:400

“Hazırda Azərbaycan İnternetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən birində – “Delta Telecom”un ölkə daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında internet bağlantısı kəsilib”.

ONN media xəbər verir ki, bu barədə ölkə ərazisində internetdə yaranmış problemlə bağlı şərh verərkən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, ilkin məlumatlara görə “Delta Telecom”un 2-ci əsas Mərkəzi, ATS 66 -da yerləşən Mərkəzi ilə “Delta Telecom”un əsas Mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzi qarşısında) zədələnmələr baş verib:

“Bu qəzanın kimlərsə tərəfindən, xəbərdarlıq edilmədən aparılan qazıntı işləri zamanı baş verdiyi bildirilir.
Bunun nəticəsində “Delta”nın 2-ci əsas Mərkəzində yerləşən resurslarda problem yaranıb.

“Delta” mövcud alternativləri işə salsa da son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artdığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib.

Beləliklə də yalnız “Delta Telecom”dan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb.
Eyni zamanda “Delta”dan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib.
Hazırda “DeltaTelekom”da qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır.
Baş verənlər bir daha göstərir ki ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də problemlər hələ də qalmaqdadır.
Bu tip hadisələr eyni zamanda ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.
Ölkənin əsas internet təchizatçısı olan “Delta Telecom” istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir.Düşünürəm ki cavabdeh dövlət qurumları və backbone provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasina diqqət yetirməlidir.
NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə bəzi istifadəçilər internetdə problem yarandığını və şəbəkəyə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, quruma kütləvi şəkildə ölkə üzrə internetin olmaması ilə bağlı vətəndaşlar tərəfindən hələ ki, rəsmi müraciət daxil olmayıb:

“Xüsusilə qeyd edək ki, karantin dövründə nəzərə alsaq ki, çox insan evindədir, şirkətlər onlayn fəaliyyət göstərir, dərslər onlayn qaydada keçirilir və hətta mediada da televiziyalar müvafiq proqramlardan istifadə etməklə dünyanın bir çox ölkələri ilə əlaqə saxlayırlar, bu zaman geniş zolaqlı şəbəkədə artımın müşahidə olunması normaldır. Biz də nazirlik olaraq bunu müşahidə edirik. Məhz bu səbəbdən mütəxəssislər istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədi ilə, demək olar ki, şəbəkənin təkmilləşdirilməsi istiqamətində gündəlik profilaktik tədbirlər həyata keçirirlər”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı