hemle

İran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi

Tarix:Dünən, 09:55
Baxış Sayı:440

İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə dialoqu davam etdirir.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada ABŞ ilə dördüncü danışıqlar raundunun başlanmasından bir gün öncə bildirib.

“Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – o söyləyib.

O, bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmağa çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcək.

Qeyd edək ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən sonra Dohaya gəlib. Mayın 11-də Oman Sultanlığında İranla ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqların dördüncü raundu keçiriləcək.

Digər xəbərlər
21:28 Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib
21:26 İran və ABŞ razılığa gəldilər - Yaxın vaxtlarda...
21:23 Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ
21:20 Beyin qanamaları genetik də ola bilir - Neyrocərrahdan açıqlama
21:18 Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”
21:14 Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?
21:12 Bu ölkədə “Telegram” “düşmən aləti” adlandırıldı
14:38 Ukrayna görüşə hazırdır, sabahdan... - Zelenski Rusiyadan hansı addımı gözlədiyini açıqladı