hemle

Ankara MƏQSƏDİNİ AÇIQLADI - “Hər kəs masanı alt-üst edərkən...”

Tarix:Dünən, 21:18
Baxış Sayı:440

Rusiya və Ukrayna arasında danışıqların təşkilində Türkiyənin yeganə məqsədi regionda sülhün bərqərar olmasıdır.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömər Çelik "AHaber" telekanalının efirində deyib.

"Türkiyə üçün yeganə fayda qlobal və regional sülhün bərqərar olması və onun qorunub saxlanmasıdır. Bundan başqa Türkiyənin heç bir məqsədi və ya gizli gündəmi yoxdur", - partiya sözçüsü bildirib.

Çelik əlavə edib ki, Türkiyə hər kəs masanı alt-üst edərkən danışıqları təşkil etməyə davam edir.

Xatırladaq ki, mayın 11-də gecə çıxışı zamanı Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib. Putin Kiyevə mayın 15-də İstanbulda danışıqları heç bir şərt olmadan bərpa etməyi təklif edib.

Digər xəbərlər
14:53 AZAL Hindistan və Pakistana reysləri bərpa edir
14:51 NİİM-dən velosiped və skuter idarə edənlərə müraciət
14:49 Türkiyədə ardıcıl iki zəlzələ oldu
14:47 Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı
14:43 Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər
14:37 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
14:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:32 Günəşdə güclü partlayış baş verib