hemle

Türkiyədə prezident seçkiləri təxirə salına bilər

Tarix:5-01-2023, 19:30
Baxış Sayı:128

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin təxirə salınmasının mümkünlüyünü istisna etməyib.

Bu barədə o, çərşənbə günü parlamentdə jurnalistlərə bildirib.

“Cəmiyyətdə bu və ya digər şəkildə müzakirə olunan hər şey bizim gündəmimizdədir. Su yerində dayanmır” - deyə Ərdoğan ümumi seçkilərin tarixinin təxirə salınmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik yanvarın 2-də jurnalistlərə deyib ki, seçki tarixi geri çəkilə bilər. Onun sözlərinə görə, Ərdoğanın rəhbərlik etdiyi partiya müxtəlif variantları nəzərdən keçirir.

Seçkilər təxirə salınarsa, mümkün tarixlər aprelin 30-u, mayın 7-si və ya 14-üdür.

AKP ilə birlikdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) də daxil olduğu hakim Xalq Alyansı bir müddət əvvəl Türkiyənin hazırkı prezidentinin onun vahid namizədi olacağını açıqlamışdı. Müxalifət hələlik prezident seçkilərində öz namizədini müəyyənləşdirməyib.

Digər xəbərlər
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq