hemle

Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib

Tarix:Dünən, 21:28
Baxış Sayı:445

Hindistan və Pakistan kimi iki nüvə gücü arasındakı aşağı intensivlikli müharibə bütün dünyada ciddi narahatlıq doğurur. Bu toqquşmaların regional balansı poza, hətta qlobal münaqişələrə səbəb ola biləcəyi qeyd olunur. Münaqişənin əsas səbəbi isə tərəflər arasında uzun illərdir həll olunmayan Kəşmir bölgəsi problemidir.

Bu barədə danışan Hindistanın tanınmış tarixçilərindən olan Sajal Nag iki ölkənin həm Kəşmir, həm də Banqladeş məsələləri ilə bağlı indiyə qədər üç dəfə müharibə apardığını xatırladıb.

"Barışıq ancaq hər iki xalqın öz tarixi ilə üzləşməsi və birgə keçmişlərini qəbul etməsi ilə mümkündür. Hindistan və Pakistan arasındakı münaqişələrin əsasında tarixi bir travma və sağalmayan bir yara dayanır. Münaqişənin iqtisadi və beynəlxalq aspektləri olsa da, əsasən bu qarşıdurmalar bir cəmiyyət və mədəniyyət travmasının izlərini daşıyır. Müsəlman və hind kimlikləri üzərindən baş verən bölünmə böyük kütləvi qırğınlarla nəticələndi və bu, iki xalqın ortaq gələcək qurmaq şansını demək olar ki, həmişə əngəllədi", - o bildirib.

Qeyd edək ki, ötən gün Pakistan və Hindistan arasında atəşkəs barədə razılıq əldə edilib. Daha sonra isə iki ölkə arasında atəşkəsin pozulduğuna dair görüntülər yayılıb.

Digər xəbərlər
10:30 "Telegram"da təzə FUNKSİYALAR
10:22 Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın - DİQQƏT
10:18 Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
10:15 Pezeşkiandan SƏRT MÖVQE: İran nüvə proqramından tamamilə imtina etməyəcək
10:11 30 dərəcə isti olacaq - Bu günün HAVASI
10:07 Ali məktəblərə keçid balları ARTA BİLƏR - VİDEO
10:03 Tramp ABŞ-də dərmanların ucuzlaşacağını ELAN ETDİ
09:59 Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar