hemle

30 dərəcə isti olacaq - Bu günün HAVASI

Tarix:Bu gün, 10:11
Baxış Sayı:501

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

Digər xəbərlər
10:30 "Telegram"da təzə FUNKSİYALAR
10:22 Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın - DİQQƏT
10:18 Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır
10:15 Pezeşkiandan SƏRT MÖVQE: İran nüvə proqramından tamamilə imtina etməyəcək
10:11 30 dərəcə isti olacaq - Bu günün HAVASI
10:07 Ali məktəblərə keçid balları ARTA BİLƏR - VİDEO
10:03 Tramp ABŞ-də dərmanların ucuzlaşacağını ELAN ETDİ
09:59 Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar