hemle

İran və ABŞ razılığa gəldilər - Yaxın vaxtlarda...

Tarix:Dünən, 21:26
Baxış Sayı:455

İran və ABŞ yaxın vaxtlarda İranın nüvə proqramı ilə bağlı danışıqların beşinci mərhələsini keçirəcək.

Bu barədə IRIB telekanalı məlumat yayıb.

"Tərəflər razılaşıblar ki, danışıqların növbəti raundu yaxın vaxtlarda iki ölkə arasında koordinasiyadan sonra Omandan olan koordinatorun əməkdaşlığı ilə baş tutsun", - məlumatda deyilir.

Mayın 11-də Oman tərəfinin vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçirilib. İki həftəlik fasilədən sonra danışıqlar davam etdirilib. Tehran və Vaşinqton arasında dolayı danışıqların birinci və üçüncü raundu müvafiq olaraq aprelin 12 və 26-da Omanda, ikincisi isə aprelin 19-da İtaliyanın paytaxtı Romada keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran və Vaşinqton arasında keçirilən dolayı danışıqların dördüncü mərhələsini şərh edib. O, görüşün "çətin, lakin faydalı" olduğunu deyib.

Digər xəbərlər
14:53 AZAL Hindistan və Pakistana reysləri bərpa edir
14:51 NİİM-dən velosiped və skuter idarə edənlərə müraciət
14:49 Türkiyədə ardıcıl iki zəlzələ oldu
14:47 Prezident təsdiqlədi: Sosial xidmətlərin sayı artırıldı
14:43 Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər
14:37 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
14:34 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14:32 Günəşdə güclü partlayış baş verib