hemle

Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Qazaxıstandakı səfirimizə müraciət etdi

Tarix:9-06-2020, 23:46
Baxış Sayı:415

Azərbaycan Respublikasının​ Qazaxıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
cənab​ Rəşad Məmmədova

Hörmətli Rəşad müəllim!
​ Qazaxıstanın şimalında Petropavlovsk şəhərində universitet var. "Северо Казахстанский государственный университет" adlanır. Həmin universitetdə bir çox dövlətlərin vətəndaşları da təhsil alır. Universitetdə Azərbaycan tarixi dərsinin tədrisi vikipediyadan götürülmüş, ermənilərin yazdığı tarixlə keçirilir. Vikipediyadakı həmin tarixə əsasən ilk Azərbaycan dövləti 1918 ci ildə​ yaranıb. Vikipediyadakı Azərbaycan tarixinin linkini göndərirəm:
https://ru.wikipedia.org/wiki/%D0%98%D1%81%D1%82%D0%BE%D1%80%D0%B8%D1%8F_%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B0
Təcili işə qarışaraq, xarici vətəndaşların da daxil olduğu, belə saxta tarixin tələbələrə tədrisi​ yolverilməz olduğunu universitetin rəhbərliyinin nəzərinə çatdırmağımızı xahiş edirəm. Gələcəkdə bizim səhifəmizdə yerləşən AR​ MEA müəlliflər qrupunun yazdığı "Исторические факты о деяниях армян на Азербайджанской земле" və Güntəkin Nəcəflinin müəllifi olduğu​ "Азербайджан в XIII-XIX​ веках" kitablarının həmin universitetdə​ tədris edilməsini universitet rəhbərliyindən​ tələb etmənizi xahiş edirəm. Yuxarıda söz açdığım kitablar bu linkdədir:
http://turktoday.info/biblioteka-russkiy.html

Kitabların PDF versiyası üzərinə tıklayanda, heç bir məhdudiyyət qoyulmadan yüklənir. PDF versiyanı rahatlıqla açıb oxumaq olur.​
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Bakıxanov adına tarix institutunun direktor müavini, professor Cəbi Bəhramovla, göstərilən kitabların dərs vəsaiti kimi istifadə edilməsini razılaşdırmışıq
Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə, Nüsrət Məmmədov
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı