hemle

“Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN

Tarix:Bu gün, 18:24
Baxış Sayı:441

Son zamanlar bəzi "Bolt" sürücüləri sərnişinlərə şirkətin təyin etdiyi qiymətlərdən fərqli məbləğlər deyirlər. Bu yolla sərnişindən normadan artıq pul alırlar. Əksəriyyət taksi sürücüsü və şirkət arasındakı münasibətlərin düzgün qurulmadığından, buna görə əziyyət çəkdiklərindən şikayətlənir.

Belə problemlər niyə yaranır və çıxış yolu varmı?

Nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında vətəndaşın sistemdə göstərilən qiymətlə hərəkət etməyi düzgün hesab etdiyini bildirib:

"Hazırda mövcud qiymətlər taksi sürücülərini qane etmir. Onlar qiymətlərin aşağı olduğunu düşünürlər. Əvvəl 10-12 min manatlıq "Toyota Prius"larla xidmət göstərirdilər deyə sərf edirdi. Amma indi vəziyyət fərqlidir. Sərnişinlər də hazırkı qiymətlərə etiraz edir. Tərəflər arasında ziddiyyət var. Səsi çıxmayan yeganə struktur isə taksi şirkətləridir. Görünür, mövcud durum onlara uyğundur"

Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar hərəkətə keçməlidir:

"Standart qiymət paketi hazırlanmalıdır. Kilometrə görə hesablama olmalıdır ki, nə şirkət bazar yaratsın, nə sürücü ziyana düşsün, nə də sərnişin narazı qalsın. Hazırda tapşırıq verilib ki, qiymət 2,50 manatdan aşağı olmasın. Yuxarı hədd isə müəyyənləşdirilməyib. Problem bu səbəbdən yaranır. Fikrimcə, mütləq qiymətlərin yuxarı həddi də bəlli olmalıdır".

Digər xəbərlər
18:24 “Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
18:22 Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
18:19 Gözdən yayınmış rəng: Alimlər görün nə kəşf etdi
18:14 Həkimlər xəbərdarlıq etdi: İdeal təzyiq ölçüsü bu qədər olmalıdır
18:08 Papa öldü: Yeni Papanın Bakıya münasibəti necə olacaq?
18:03 Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə...
18:01 Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Sərəncam
17:58 ABŞ yeni Papanın seçilməsi üçün plan qurub: Rusiya açıqladı