hemle

Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür

Tarix:Dünən, 21:45
Baxış Sayı:440

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.

Aidiyyəti qurumların təmsil olunduğu Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.

Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.

Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

Digər xəbərlər
21:45 Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
10:05 Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
10:03 Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
10:00 Tramp Putinə savaş elan etdi: Bu iki lider görün ona hansı məlumatı çatdırıb
09:58 Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq
09:53 Bakıda evlər kəskin bahalaşdı: Səbəbi bəllidir
09:47 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə BAXACAQ
09:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bu tarixdə bərpa ediləcək