hemle

Bakıda böyük söküntü başlayır: Əhaliyə bu qədər pul veriləcək - MƏBLƏĞ

Tarix:23-09-2024, 14:09
Baxış Sayı:562



Bakının Yasamal rayonu ərazisində yeni söküntü olacaq. Belə ki, əhaliyə məxsus fərdi yaşayış evləri sökülərək yerində park inşa olunacaq.

Söhbət "Təzəpir" məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki fərdi evlərdən gedir.

Artıq adı çəkilən küçələrdə yaşayış fondunun inventarizasiyası aparılır. Bu proses başa çatdıqdan sonra söküləcək fərdi yaşayış evlərinin dəqiq sayı müəyyənləşəcək. Yasamal rayonunda yerləşən 199 nömrəli orta məktəbin yanından başlayaraq Baş Prokurorluğun binasının arxa hissəni kimi ərazidə yerləşən fərdi evlərin siyahıyaalınma prosesinə start verilib.

İnventarizasiya prosesi başa çatdıqdan sonra evlərin hissə-hissə söküntü mərhələsinə gələn ildən etibarən başlanılacaq. Ərazidə park salınması nəzərdə tutulduğu üçün heç bir yaşayış binası inşa olunmayacaq.

Yaşayış evləri söküləcək vətəndaşlara minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Evlərin qiymətinin sabit olmadığını nəzərə alsaq bu məbləğ daha yüksək ola bilər. Kompensasiyanın dəqiq məbləğini Maliyyə Nazirliyi müəyyənləşdirəcək.

Digər xəbərlər
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir
12:13 Kartlardan daha 41 min manat oğurlandı
12:09 Ekspertizanın nəticələri bəlli oldu: “Crocus City Hall”da terror aktı törədənlər...