hemle

İcra başçıları buna görə məsuliyyət daşıyacaq - Eldar Əzizovdan SƏRƏNCAM

Tarix:26-04-2022, 10:30
Baxış Sayı:224

Bakı şəhərində qəzalı binaların inventarizasiyasına başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bakıda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

BŞİH başçısının müvafiq sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib.

Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.

Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Beləliklə, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyır.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar.

Digər xəbərlər
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?
12:22 Putin imperiyanı dirçəltmək istəyir: Hədəf bu əraziləri ələ keçirməkdir