hemle

Pezeşkiandan ABŞ-a YAZILI XƏBƏRDARLIQ - “Tehranın etibarını bərpa etmək üçün...”

Tarix:30-03-2025, 22:03
Baxış Sayı:441

İran Prezidenti Məsud Pezeşkian ABŞ-a məktub göndərərək, Tehranın Vaşinqtonla birbaşa danışıqlardan imtina etdiyini bildirib.

Bu barədə "Mehr" məlumat yayıb.

Siyasətçi qeyd edib ki, respublika dolayı təmaslardan imtina etməyib və heç vaxt dialoqdan yayınmayıb. Pezeşkian, mövcud problemlərin səbəbinin vədlərin pozulması ilə əlaqəli olduğunu və Tehranın etibarının Vaşinqtonun keçmiş davranışlarını düzəldəcəyi praktik addımlar sayəsində bərpa edilməli olduğunu söyləyib

"Əvvəlki razılaşmalar üzrə öhdəliklər yerinə yetirilərsə, danışıqları davam etdirmək imkanı yaranacaq", - İran prezidenti bildirib.

O əlavə edib ki, gələcək hadisələr ABŞ-ın mövqeyindən və davranışından asılıdır.

Martın 28-də ABŞ Prezident Donald Tramp deyib ki, əgər respublika hakimiyyəti Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığa gəlməsə, İranın başına “pis hadisələr gələ bilər”.

ABŞ lideri İran hakimiyyətinə göndərdiyi məktubu xatırladıb. Orada o, ya Vaşinqton və Tehranın danışıb məsələləri müzakirə edəcəyini, ya da İranın bunun nəticələri ilə üzləşəcəyini qeyd edib.

Bu gün isə o, Tehranı nüvə silahı istehsal etməmək barədə razılığa gəlmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.

Digər xəbərlər
10:14 "WhatsApp"da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
09:58 Regional müharibə və “cihad”: İran nə edəcək, yaxud Xamenei Xomeyni olacaqmı?
09:58 Bakının bu rayonunda qaz olmayacaq
09:52 Bu ölkələrin vətəndaşları da İrandan Azərbaycana keçdi
09:42 İran dövlət televiziyası fəaliyyətini bərpa etdi
09:31 Kiyevə hava hücumu - Ölənlər və xəsarət alanlar var
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı