hemle

Paşinyandan Türkiyə ilə bağlı vacib açıqlama: Əgər bu mesajları düzgün qəbul etsək...

Tarix:Bu gün, 10:05
Baxış Sayı:501

Türkiyə Cənubi Qafqazda sabitliyin tərəfdarıdır.

Bunu Türkiyə mətbuatına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Türkiyənin rolu baxımından burada seçim olmalıdır, çünki Türkiyənin cəhdlər etdiyini eşidirik – ola bilsin ki, mesajı yanlış anlayırıq. Qeyd etdiyiniz kimi: Türkiyə niyə Cənubi Qafqazın problemlərini ABŞ-la müzakirə edir? Çünki Türkiyə ən azından verdiyi mesajlara görə, Cənubi Qafqazda sabitliyin tərəfdarıdır. Biz görürük ki, Türkiyə həm prezident, həm də xarici işlər naziri səviyyəsində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Əgər biz bu mesajları düzgün qəbul etsək, bu, həm də Türkiyənin Cənubi Qafqazdakı münasibətləri ilə bağlı balansın olması deməkdir, ya da biz bunu səhv qəbul edirik.

Amma, digər tərəfdən, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına töhfə verəcək istənilən səylər, şübhəsiz ki, faydalı olacaq. Onu da nəzərə almalıyıq ki, Ermənistan və Azərbaycan hazırda ikitərəfli formatda işləyirlər. Amma digər tərəfdən, biz beynəlxalq tərəfdaşlarımızın da sülh prosesi çərçivəsində baş verənlər barədə məlumatlandırılmasını istəyirik və bu məlumatı onlarla bölüşürük”, - Paşinyan bildirib.

Digər xəbərlər
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...
16:46 Azərbaycanda iki universitet yaradılacaq
16:40 Bu şəxslər də müavinət ala bilər - TƏKLİF EDİLDİ