hemle

Cənubi Qafqazda sabitlik sülh sazişi ilə mümkündür - Türkiyə müdafiə naziri

Tarix:16-12-2024, 09:52
Baxış Sayı:457



Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir.

Bu fikirləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında səsləndirib. Nazirliyin Mətbuat Xidməti tərəfindən yayılan məlumatda Y.Gülər iki ölkənin sülh istiqamətində atdığı addımları və son dövrlərdə əldə olunan irəliləyişi məmnuniyyətlə qarşıladıqlarını bildirib.

"Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib və bu dəstəyi davam etdirəcək. Bu gün Qarabağın hər bir guşəsində şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq duyuruq. 'Bir millət - iki dövlət' şüarı ilə əlaqələrimizi, xüsusən müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində, ən yüksək səviyyəyə qaldırmağa çalışırıq," - deyə Yaşar Gülər qeyd edib.

Digər xəbərlər
17:13 Novruzda Qafqaza sülh gələcək, əgər bu, gerçəkləşsə... - Yücel Karauz
17:09 Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi idi
17:05 MM Nazirlər Kabinetinin hesabatını qəbul etdi
17:02 Alıcılar market və restoranlarda belə ALDADILIR
16:58 Sülh müqaviləsində hansı bəndlər var? - Mirzoyan detalları açıqladı
16:55 Sabah 29 dərəcə isti olacaq
16:52 Sülh müqaviləsində Azərbaycan və Ermənistan ərazilərinin miqyası göstərilib?
16:48 Brüssel Ukraynaya şok vəd verdi: Rusiya ilə müharibəni davam etdir və...