hemle

Bu qida əlavələri həyat üçün POTENSİAL TƏHLÜKƏDİR - Alimlərdən xəbərdarlıq

Tarix:Dünən, 21:33
Baxış Sayı:455

Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNRPU) alimləri sağlamlığa zərər verə biləcək “E” indeksli qida əlavələrinin adlarını açıqlayıblar.

Bu barədə Gazeta.ru-ya elmi qurumun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, "E" markalanma sistemi ilk dəfə Avropada əlavələrin etiketlənməsini sadələşdirmək üçün tətbiq edilib. Hərfdən sonrakı rəqəmlər kateqoriyanı göstərir. Məsələn, E100-182-yə boyalar, E200-299-a konservantlar, E300-399-a antioksidantlar, E400-499-a stabilizatorlar və qatılaşdırıcılar, E500-599-a emulqatorlar, E600-699-a dad artırıcılar daxildir. E900-999 kateqoriyası da var - köpük əleyhinə maddələr.

Mütəxəssislərin fikrincə, bir çox əlavələr təbii maddələrdir, o cümlədən askorbin turşusu (E300) və təbii qatılaşdırıcı pektin (E440). Bu elementlərin hər ikisi alma, giləmeyvə, portağal və digər meyvələrdə olur.

“E” indeksli bəzi maddələrin sağlamlığa zərərli olduğu məlumdur. Dad artırıcı monosodium glutamat (E621) uşaqların qaraciyəri və mədəaltı vəzi üçün zəhərlidir. E102, E122-124, E155 boyaları allergiya və astmaya səbəb ola bilər, E211-214 və E217-227 konservantları isə şişlərin inkişaf riskini artırır.

Qonşu Rusiyada bəzi əlavələr, məsələn, E924a (un yaxşılaşdırıcı) və E240 (formaldehid) qadağandır.

Perm Politexnik Universitetinin alimləri qeyd ediblər ki, sağlamlığınızın qeydinə qalmaq üçün “tərkibi nə qədər az olarsa, məhsul bir o qədər sağlam olar” qaydasına riayət etmək yaxşıdır.

Digər xəbərlər
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib
10:35 Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
10:33 Qoxuların insan beyninə təsiri: Nevroloqdan maraqlı açıqlama
10:31 Oruc tutanda başınız ağrıyırsa, bunu oxuyun
10:29 Sabah qeyri-iş günüdür?
10:23 Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
10:17 Azərbaycandan Fələstin uşaqlarına böyük JEST
10:15 Qızıl almaq istəyənlərin nəzərinə - Aldadıla bilərsiniz (VİDEO)