hemle

Qoxuların insan beyninə təsiri: Nevroloqdan maraqlı açıqlama

Tarix:Bu gün, 10:33
Baxış Sayı:440

Rusiyalı nevroloq Qalina Çudinskaya "İzvestiya"ya müsahibəsində qoxuların insan həyatında göründüyündən daha böyük bir rola malik olduğunu bildirib.

Onun sözlərinə görə, qoxular əhvali-ruhiyyə, konsentrasiya, yaddaş və hətta əmək qabiliyyəti üzərində mühüm təsir göstərir.

Mütəxəssisin fikrincə, müxtəlif qoxular müxtəlif təsirlər yaradır. Məsələn, limon, rozmarin, nanə, reyhan, adaçayı və evkalipt kimi qoxular konsentrasiyanı artırır və zehni fəaliyyəti stimullaşdırır. Əksinə, kəklikotu, lavanda və melisa kimi aromatlar stressin səviyyəsini azaldır və rahatlaşmağa kömək edir.

Çudinskaya 2017-ci ildə Cənubi Federal Universitetində aparılan bir araşdırmanın nəticələrini də xatırladıb. Araşdırma portağal efir yağının qoxusunun qısamüddətli vizual yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyini göstərib.

Nevroloq əlavə edib ki, məktəblilər və tələbələr üçün sinif otaqlarında stimullaşdırıcı qoxuların, məsələn, sitrus və ya nanə qoxularının istifadəsi mənimsəməni yaxşılaşdıra bilər. Eyni zamanda, istirahət yerlərində sakit atmosfer yaratmaq üçün rahatlaşdırıcı aromatlardan istifadə etmək daha uyğun olardı.

O, həmçinin qeyd edib ki, qoxu qabiliyyətinin itməsi ‒ anosmiya yalnız fiziki narahatlığa səbəb olmur, həm də ciddi stressə yol açır.

Digər xəbərlər
21:06 Hava durumu ilə bağlı xəbərdarlıq - DİQQƏTLİ OLUN
20:57 Oruc zamanı diqqət edilməli məqamlar
20:49 DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ - Rusiya və İran donanması...
20:45 Bir gündə üç rayon silkələndi: Azərbaycanda güclü zəlzələ gözlənilir?
20:29 Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi
20:19 Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı
20:15 İsraildən Qəzza ilə bağlı KRİTİK QƏRAR: "Dərhal dayandırın..."
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib