hemle

Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi

Tarix:Dünən, 20:29
Baxış Sayı:455

Martın 9-da Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Füzuli şəhəri 1 №-li Mirzə Uluqbəy adına tam orta məktəbdə 25 şagird, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəbdə 6 şagird imtahanda iştirak edib.

Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad edilən rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb edilib və imtahanlara ümumilikdə 36 şagird qatılıb. İmtahanlar bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. İmtahanlar bütün binalarda təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş Xankəndi, Xocalı, Şuşa və Laçın rayonlarında martın 2-də keçirilən imtahanlarda 45 şagird iştirak etmişdi.

Digər xəbərlər
21:06 Hava durumu ilə bağlı xəbərdarlıq - DİQQƏTLİ OLUN
20:57 Oruc zamanı diqqət edilməli məqamlar
20:49 DƏNİZİ BARIT QOXUSU BÜRÜDÜ - Rusiya və İran donanması...
20:45 Bir gündə üç rayon silkələndi: Azərbaycanda güclü zəlzələ gözlənilir?
20:29 Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi
20:19 Ramazanın 10-cu günü: dua, imsak və iftar vaxtı
20:15 İsraildən Qəzza ilə bağlı KRİTİK QƏRAR: "Dərhal dayandırın..."
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib