hemle

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Tarix:7-04-2024, 08:00
Baxış Sayı:598

Bu gün 55 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

Aprelin 7-də Bakı şəhərinin Xəzər - 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt - 1, Abşeron - 1, Gəncə - 2, Mingəçevir, Şəmkir - 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran - 2, Cəlilabad - 1, Masallı - 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli məktəb), Laçın (şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz - 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

DİM-dən Hemlemedia.Az-a bildirilib ki, imtahan saat 11:00-da başlanır.

Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Respublikanın 25 şəhər və rayonunda təşkil olunan imtahan üçün 233 bina, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi cəlb edilib.

İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.

Bugünkü imtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Digər xəbərlər
10:13 Alçanı duzlayıb yeyənlərə vacib xəbərdarlıq
10:11 5 il sonra bu şəxslər işsiz qalacaq
10:06 "Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək
10:04 Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı açıqlandı
10:01 Səhər yeməyinin ƏN PİS NÖVÜ - Ciddi sağlamlıq problemlərinə yol açır
09:58 Pakistandan QİSAS ƏMƏLİYYATI: Hindistanın 5-ci qırıcısı vuruldu, qərargah məhv edildi - YENİLƏNİR
09:56 Pakistandan Fransaya AĞIR ZƏRBƏ - Bu şirkətin səhmləri kəskin ucuzlaşdı
09:48 Türkiyədən Pakistana SİYASİ DƏSTƏK - Fidan zəng etdi, XİN bəyanat yaydı