hemle

"Android" istifadəçilərin bank məlumatlarını fırıldaqçılardan gizlədəcək

Tarix:Bu gün, 10:06
Baxış Sayı:455

"Google Play Services"in beta versiyasında Android əməliyyat sistemi istifadəçilərini telefon fırıldaqçılarından qorumaq üçün yeni təhlükəsizlik funksiyası aşkarlayıb.

"Bank Scam Call Detection Service" adlı bu yenilik fırıldaqçılıq hallarının qarşısını almağa kömək edəcək.

Fırıldaqçılar tez-tez bank işçisi kimi çıxış edərək hesabla bağlı problemləri həll etmək məqsədilə istifadəçidən xüsusi proqramı quraşdırmağı tələb edirlər. "Google"un yeni mexanizmi bu cür ssenariləri müəyyənləşdirərək istifadəçini potensial təhlükə barədə xəbərdar edəcək.

Funksiya üç amilin üst-üstə düşməsi zamanı aktivləşir: naməlum nömrədən gələn zəng, bank tətbiqinin açıq olması və ekran yayımının aktiv vəziyyətdə olması.

Bu kombinasiya aşkarlandıqda ekranda mümkün fırıldaqçılıq barədə xəbərdarlıq bildirişi görünəcək.

Hələlik bu yeniliyin "Android"in sabit versiyasında nə vaxt əlçatan olacağı məlum deyil.

Digər xəbərlər
21:14 Ağcaqanad dərmanları istifadə edənlərə XƏBƏRDARLIQ - Vacib faktlar
21:11 Bank kartları necə talanır? - Ciddi XƏBƏRDARLIQ
21:08 8 saatdan çox işləyənlərin maaşları artacaq
21:06 ChatGPT beynimizlə bərabər, dünyanın su ehtiyatlarını da məhv edirmiş
21:02 İlham Əliyev: Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır
20:59 Rusiyada qanunsuz miqrantların uşaqlarının bağçalara buraxılmaması təklif olunur
20:57 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:55 İlham Əliyev Moskvada Qələbə paradına qatılmayacaq