hemle

BMT Ukrayna ilə bağlı Rusiyaya qarşı qətnamə qəbul etdi: ABŞ əleyhinə səs verdi

Tarix:25-02-2025, 09:02
Baxış Sayı:440

BMT Baş Assambleyası Ukrayna ilə bağlı Rusiya əleyhinə qətnamə qəbul edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Ukraynanın 50-dən çox ölkə ilə həmmüəllifliyi ilə hazırladığı qətnamə layihəsinə 93 dövlət səs verib. 18 ölkə qətnamənin əleyhinə səs verib, digər 65 ölkə isə bitərəf qalıb.

Qətnamənin mətnində Rusiyadan tələb olunur ki, “dərhal, tamamilə və qeyd-şərtsiz” bütün silahlı qüvvələri Ukrayna ərazisindən çıxarsın. Bundan başqa, sənəddə Rusiya tərəfinin hərbi əməliyyatları dayandırmaq üçün birtərəfli çağırışı da var.

Bundan əvvəl ABŞ BMT-nin anti-Rusiya qətnamə layihəsinə qarşı çıxıb. ABŞ-ın Beynəlxalq Təşkilatdakı müvəqqəti işlər vəkili Doroti Şi bildirib ki, Vaşinqton Ukraynanın qətnaməsini dəstəkləyə bilməz və onu geri götürməyə çağırır.

Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Moskva ABŞ-ın Ukrayna ilə bağlı hazırladığı neytral qətnamə layihəsini düzgün istiqamətdə atılmış addım hesab edir. O, nümayəndə heyətlərini Rusiyanın Ukrayna böhranının əsas səbəblərini aradan qaldırmağın zəruriliyi ilə bağlı düzəlişini dəstəkləməyə çağırıb. Diplomat vurğulayıb ki, Amerikanın Ukrayna ilə bağlı qətnamə layihəsinə Avropa ölkələri tərəfindən təklif olunan düzəlişlər sənədin mahiyyətini dəyişdirməyə yönəlib.

Digər xəbərlər
22:06 Bakı ilə saziş imzalanmalı, ATƏT-in Minsk Qrupu buraxılmalıdır - Rəsmi İrəvan
22:05 Robotlar sınaqdan keçdi: Onlar indi insanlar qədər ağıllıdırlar
22:04 Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir
22:03 Ceyhun Bayrmaov Yvan Gillə görüşdü
22:03 Sağlamlıq Gecə yemək yeyənlərin diqqətinə: bu xəstəliyə tutula bilərsiniz
22:02 Ceyhun Bayramov venesuelalı həmkarı ilə müzakirələr apardı
22:01 Azərbaycanda zəlzələ oldu
11:07 Parkinson xəstəliyi ilə bağlı vacib məqam