hemle

İŞIĞI YANDIRIB-SÖNDÜRMƏK ÜÇÜN İŞÇİ AXTARILIR — MAAŞ 2300 DOLLAR

Tarix:4-06-2020, 21:08
Baxış Sayı:508

İsveçin Göteborq şəhərində işləmək tələb olunmayan iş üçün vakansiya elan edilib.

ONN media bildirir ki, həmin işin yeganə öhdəliyi yeni tikilən stansiyada işığı yandırıb söndürməkdən ibarət olacaq.

Bunun üçün aylıq 2 300 dollar əmək haqqı təyin olunub. İşi qəbul edən şəxs səhər işığı yandırmaq, axşam iş gününün sonunda isə işığı söndürmək üçün stansiyaya getməlidir. Yeganə tələb işığın dəqiq vaxtında yandırılıb-söndürülməsidir.

Qeyd olunur ki, həmin vakansiyaya ABŞ, Tayvan, Filippin kimi ölkələrdən də müraciət edilib.

Vakansiya art eksperiment xarakteri daşıyır və cəmiyyətdə qeyri-bərabərliyin artmasına diqqət yönəltmək məqsədi daşıyır. Layihə İsveç İncəsənət Şurası və Nəqliyyat İdarəsi tərəfindən maliyyələşdirilir. Əməkhaqqı fondu 650 min dollardan ibarətdir.(trend)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ