Xarici investorlar kütləvi şəkildə ABŞ-ın qiymətli kağızlarından imtina edir.
“MediaPost” xarici nüfuzlu maliyyə nəşrinə istinadən xəbər verir ki, ABŞ tarixində bir ilk yaşanıb. Belə ki, xarici investorlar ABŞ-ın həm dövlət, həm də özəl şirkətlərinin istiqrazlarından kütləvi şəkildə “can qurtarmağa” başlayıblar. Son bir ay ərzində ABŞ qiymətli kağızlarına sahib olan investorlar 256 milyard dollarlıq qiymətli kağızdan imtina ediblər.
“Yalnız ən etibarlı dostlar qalıb”
ABŞ-ın ən böyük borc verən 33 ölkəsindən yalnız altısı bu rəqəmləri artırıb. Bunlar Yaponiya (3,4 milyard dollar), İsveçrə (1,3 milyard dollar), Tayvan (4,1 milyard dollar), Filippin (1,3 milyard dollar) ) və Avstraliya (1,8 milyard dollar) olub. Kütləvi satışlar, xarici şirkətlər, o cümlədən Kayman adaları (12,2 milyard dollar), həmçinin mart ayında düşən milli valyutalara təcili olaraq dollar ehtiyacı olan inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarında müşahidə olunub.
Ümumilikdə dünyanın mərkəzi bankları, Amerika qiymətli kağızlarından 147 milyard dollar çıxarıb ki, bu da son yarım əsrdən çox mövcud statistikanın rekordu olub.
“Amerika qiymətli kağızlarını almaq istəməyən ölkələrdən biricisi Səudiyyə Ərəbistanıdır”
Ən çox ABŞ qiymətli kağızlarını satan Səudiyyə Ərəbistanı olub. Ərəblər dəyəri 25,3 milyard dollar olan istiqraz satıblar. Bu siyahıda ikinci 21,5 milyard dollarla Braziliya, Hindistan 21 milyard dollarlıq həcmlə 3-cü, Tayland 9,5 milyard dollarla 4-cü olub. Hələ 2018-ci ildə yuana investisiya etmək üçün demək olar ki, bütün ABŞ istiqrazlarını satan Rusiya daha 8,7 milyard dollarlıq Amerika istiqrazlarından xilas olub.
Analitiklər ABŞ dövlət istiqrazlarının belə kütləvi satışının bir ilk olduğunu bildirirlər. Hətta 2008-ci ildə bütün dünya iqtisadi böhranda olanda belə ABŞ dövlət istiqrazları alınıb. Lakin indi tam əksi baş verir.
FES (Federal Ehtiyatlar Sistemi) baş verənlərə dərhal reaksiya verib. Kütləvi şəkildə dollar çapına başlanılmaqla yanaşı, ABŞ Mərkəzi Bankı limitsiz sayda qiymətli kağızlar alacağını bildirib.